İtaliyalı silikon qolla vaksinasiyaya gəlib

4-12-2021, 08:40           
İtaliyalı silikon qolla vaksinasiyaya gəlib
İtaliyanın Pyemont bölgəsində əlli yaşlı kişi tibb işçilərini aldatmaq qərarına gəlib.

O, silikon qoluna koronavirus peyvəndi vurdurmağa çalışıb.

Bu barədə regionun rəhbəri Alberto Çirio məlumat verib.

Onun sözlərinə görə, italiyalı silikon deltoid əzələ ilə ilk koronavirus peyvəndini qəbul etmək üçün vaksinasiya məntəqəsinə gəlib. Süni qolun həqiqi qola oxşarlığına baxmayaraq, feldşer əzələdən şübhələnib və vətəndaşdan təkcə ciyinə yaxın hissəni deyil, bütün qolunu nümayiş etməsini xahiş edib.

Hər şey məlum olduqdan sonra kişi həkimdən buna göz yummasını və vaksini süni qola vurmasını rica edib. Həkim isə öz növbəsində polisə xəbər verərək, vətəndaşın məntəqədən uzaqlaşdırılmasına nail olub.

Mənbə: gordonua.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru