Moskvada miqrantlar arasında dava düşdü: Yaralılar var - VİDEO

4-12-2021, 09:17           
Moskvada miqrantlar arasında dava düşdü: Yaralılar var - VİDEO
Rusiyanın Moskva şəhərinin mərkəzində miqrantlar arasında dava düşüb.

Hadisə binanın həyətini təmizləyən işçilər arasında yaşanıb. Onlar Qırğızıstan və Özbəkistandan gələn miqrantlar olublar.

Belə ki, bir briqadada birləşən qırğızıstanlılar evin həyətindəki qarı, özbəkistanlılar isə evin damını qardan təmizləyiblər. Münaqişə damdan düşən qarın həyətin təmizlənmiş hissəsinə düşməsi ilə başlayıb.

Polisdən 11 nəfərin saxlandığı bildirilib:

“Kommunal təsərrüfat işçilərinin dünənki davasından sonra 11 nəfər saxlanılıb: 7-si Qırğızıstan, 4-ü Özbəkistan vətəndaşıdır. Dava zamanı 3 nəfər xəsarət alıb. Saxlanılanlar barəsində xırda xuliqanlıq faktı ilə bağlı protokollar tərtib edilib”.


Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru