Şabranda qardaş bacısını öldürdü - TƏFƏRRÜAT

6-12-2021, 00:03           
Şabranda qardaş bacısını öldürdü - TƏFƏRRÜAT
Şabranın rayon mərkəzindən 25 km aralıda yerləşən Çaraq kəndində qardaş bacısını öldürüb.

Bizim.Media xəbər verir ki, kənd sakini, 29 yaşlı Rüfət Əvəz oğlu Quliyev bacısı, 23 yaşlı Nəcibə Əvəz qızı İsayevaya çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib.

Şabranın hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, qardaş bacısını qısqanclıq zəminində öldürüb.

Belə ki, Rüfət Quliyev həyat yoldaşından ayrılıb bir uşağı ilə ata evinə gələn bacısına telefon işlətməyi, kiminləsə gizli münasibət qurmağı, ailənin adına xələl gətirməyi qadağan edibmiş.

Nəcibənin telefon işlətdiyini, kiminləsə yazışdığını bilən Rüfət bacısını öldürmək qərarına gəlib və ona bədəninin müxtəlif nahiyələrinə çoxlu bıçaq zərbələri endirərək həyatına son qoyub.


Qətlə yetirilən Nəcibə İsayeva iki övlad anası olub. Uşağın biri özündə, biri isə həyat yoldaşında qalıb. Artıq Şabran polisi namus üstündə bacı qatili olmuş Rüfət Quliyevi şübhəli şəxs kimi saxlayaraq istintaqa təhvil verib.


Şabran rayon prokurorluğunda cinayət işi açılıb. Başlanılan İstintaq tədbirləri qətlin başvermə səbəbini tam müəyyən edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru