Avstraliya parlamenti bağlandı

6-12-2021, 08:54           
Avstraliya parlamenti bağlandı
Avstraliya Federal Parlamentinin binası ziyarətçilər üçün bağlanıb.

Buna səbəb iclas iştirakçılarından birinin koronavirusa yoluxması olub.

Həmin şəxsin Yaşıllar Partiyasının lideri Adam Bandtın tabeçiliyində olan əməkdaşlardan biri olduğu bildirilib. Onun koronavirusa qarşı tam peyvənd olunduğu vurğulanıb.

Qeyd olunub ki, bundan sonra yalnız məsafədən işləmək imkanı olmayan işçilərin binaya girişinə üçün veriləcək. Həmçinin, binanın daxilində maskalardan istifadə yenidən məcburi olacaq.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.