“Tesla” şirkəti barəsində təhqiqat başlayıb

7-12-2021, 00:04           
“Tesla” şirkəti barəsində təhqiqat başlayıb
ABŞ-ın Federal Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) “Tesla” şirkətinin istehsal etdiyi günəş panellərindəki nasazlıqla bağlı təhqiqata başlayıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, təhqiqat üçün günəş panellərinin alışma təhlükəsi barədə müştərilərin xəbərdar edilməməsi barədə şirkətin keçmiş əməkdaşı Stibven Hankes tərəfindən 2019-cu ildə verilmiş şikayət ərizəsi əsas təşkil edib.

Bununla yanaşı, “Tesla”nın elektrik birləşdiricilərdəki nasazlıq barədə də müştəriləri xəbərdar etməməsi üzündən 60 mindən artıq müştrəri, 500 dövlət və özəl qurum ziyana uğrayıb.

Həmçinin “Walmart” şirkətinin də 2019-cu ildə “Tesla”ya qarşı məhkəmə iddiasına görə iddiaçıya məxsus ticarət mərkəzlərinin damında quraşdırılmış günəş panelləri üzündən yeddi yanğın hadisəsi baş verib. O zaman bu mübahisə yoluna qoyulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru