Ana intiqam üçün yaş yarımlıq körpəsini qəddar şəkildə döydü: Kadrları ərinə yolladı - FOTO/VİDEO

8-12-2021, 07:53           
Ana intiqam üçün yaş yarımlıq körpəsini qəddar şəkildə döydü:
Sosial şəbəkələrdə ananın uşağına qarşı qəddar münasibətini əks etdirən kadrlar yayılıb. Hadisə Rusiyanın Kazan şəhərində baş verib. 31 yaşlı qadın ərindən intiqam almaq üçün körpəni qəddar şəkildə döyüb və bunu videoya çəkib, sonra isə ərinə göndərib. Uşağın atası isə videoya heç bir reaksiya verməyib.

Sonra qadın vidonu qaynanasına göndərib və deyib ki, “oğlunuza görə, görün Vikanın başına nə gələcək”. Uşağın nənəsi videonu görəndə dəhşətə düşüb və dərhal polisə müraciət edib.

O, hazırda oğlunun və gəlininin valideynlik hüququndan məhrum edilməsini, körpənin isə onun himayəsinə verilməsini istəyir.

“Mənə nə pul, nə də başqa bir şey lazımdır. Körpə elə çılpaq, olduğu kimi mənə verilsin, mən baxaram. O mənim balamdı”, - deyə yaşlı qadın ağlayaraq bildirib.

Kazan İstintaq idarəsinin kadrlarla maraqlanıb, artıq körpənin anasına qarşı cinayət işi açılıb. Uşaq isə hazırda həkimin nəzarətindədir.
(Diqqət! Həssas insanların videoya baxmaması tövsiyə olunur)














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.