Sabiq MTN rəisi həbsxanada öldü

9-12-2021, 09:38           
Sabiq MTN rəisi həbsxanada öldü
Bakıda həbsxanada ölüm hadisəsi baş verib.

Teref.az lent.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə il əvvəl casusluqda ittiham olunaraq həbs edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov həbsxanada dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Z. İsmayılov 2018-ci ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Z. İsmayılovla birgə onun həyat yoldaşı Nəzakət İsmayılova da tutulub.

Z. İsmayılov məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru