Peruda hərbi helikopter qəzası: 5 hərbçi həlak oldu

9-12-2021, 11:57           
Peruda hərbi helikopter qəzası: 5 hərbçi həlak oldu
Cənubi Amerika ölkəsi Peruda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həyatını itirib.

"Unikal" xəbər verir ki, Peru Hərbi Hava Qüvvələrindən (FAP) verilən açıqlamada, paytaxt Limanın Xorxe Çavez Beynəlxalq Hava Limanından Pukalpa şəhərinə getmək üçün havaya qalxan Mİ-171SH tipli helikopterin Huaroçiri əyalətində qəzaya uğradığı bildirilib.

Qəzaya uğrayan helikopterin 5 ekipaj üzvü hadisə yerində ölüb.

Qəzanın səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru