Nəsimi rayon məktəbliləri "Ölkəmizi tanıyaq" adlı tur aksiyanın ikinci mərhələsində Naxçıvan Muxtar Respubikasına yola düşdülər

24-03-2016, 19:43           

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyasının ikinci mərhələsində 24 mart 2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayonundan olan məktəblilərin Naxçıvan Muxtar Respubikasına yola salınması mərasimi keçirilmişdir.
Yolasalma mərasimində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, valideynlər iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar. Məktəblilərin yolasalma mərasimində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev dövlət başçısının tapşırığı əsasında reallaşan bu lahiyənin əhəmiyyətindən danışaraq qeyd etdi ki, bütün bunlar gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyədə olunmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.
Şagirdlər Naxçıvan Murxtar Respublikasının mədəniyyət ocaqları, tarixi abidələri və muzeyləri barədə ətraflı məlumatlandırılacaq, eyni zamanda region gəncləri arasında milli adət-ənənələrimizin öyrənilməsi və təbliği barədə fikir mübadiləsi aparılacaqdır.
Yola salınma mərasimində çıxış edən valideyinlər və məktəblilər ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.
Sonra məktəblilər Nəsimi rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.