Türkiyəli həkimlər Saleh Rüstəmovu müayinə etdilər - vəziyyəti ağırlaşıb

9-12-2021, 16:36           
Türkiyəli həkimlər Saleh Rüstəmovu müayinə etdilər - vəziyyəti ağırlaşıb
Aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov dekabrın 9-da özünün “Facebook” səhifəsində məlumat yayıb.

Modern.az-ın məlumatına görə, S.Rüstəmov bildirib ki, atasını türkiyəli psixoloqların da daxil olduğu həkim qrupu müayinə edib:

“Həkimlər atamın vəziyyətinin çox ciddi olduğunu deyir. Bildirirlər ki, uzun müddət qida qəbul etmədiyi üçün beynində müəyyən hüceyrələr quruyub, bu da danışıq və anlama qabiliyyətinə, yaddaşa mənfi təsir göstərir”.

Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov 34-cü gündür aclıq aksiyası keçirir.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmovu qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda, qanunsuz narkotik vasitə saxlamada təqsirləndiririb və ona 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.