Estoniya Ukraynaya dronlar göndərdi

7-04-2022, 11:23           
Estoniya Ukraynaya dronlar göndərdi
Estoniya Ukraynaya döyüş sursatlarının bir partiyasını göndərib ki, bunların sırasına tank əleyhinə raketlər, tank əleyhinə minalar, birdəfəlik qumbaraatanlar, əl qumbaraatanları, haubitsalar və döyüş sursatları daxildir. Həmçinin dəbilqələr, gülləkeçirməz jiletlər, rabitə vasitələri, dronlar, gecəgörmə cihazları, lazer məsafəölçənləri, tibbi ləvazimatlar və kimyəvi mühafizə vasitələri də Ukraynaya təhvil verilib.

Dövlət Müdafiə İnvestisiyaları Mərkəzindən (RKİK) verilən məlumata görə, dəyəri 220 milyon avrodan çox olan 80 növ döyüş texnikası artıq Ukraynaya göndərilib.

RKİK həmçinin Ukraynaya motor yanacağının tədarükü üçün 5 milyon avroluq tender keçirir.

Mənbə: ERR teleyayımı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru