Rusiyanın 60-a yaxın hərbçisi Ukraynada döyüşməkdən imtina etdi
7-04-2022, 13:16
Pskovdan olan 60-a yaxın hərbçi Ukraynaya döyüşməkdən imtina edib.
Qafqaz.media xəbər verir ki, bu barədə “Pskovskaya quberniya” qəzeti öz mənbələrinə istinadən yazır.
Qəzetin yazdığına görə, Ukraynadakı müharibənin ilk günlərindən sonra hərbçilər əvvəlcə Belarus ərazisinə çıxarılıb, sonra Pskovdakı dislokasiya yerlərinə qaytarılıb. İndi “Pskovskaya quberniya” yazır ki, onların əksəriyyəti işdən çıxarılır, bəziləri cinayət işi ilə hədələnir.
BBC-nin rus xidməti bildirir ki, bu, ilk belə hal deyil. Krasnodar diyarının Rusiya Qvardiyasının, Xakasiyadan OMON-un əməkdaşları, Kalininqraddan müqaviləli əsgərlər müharibəyə getməkdən imtina ediblər.