Rusiya televiziyasından biabırçı səhv: - "Ukrayna feyki" dedi, ifşa olundu

8-04-2022, 17:44           
Rusiya televiziyasından biabırçı səhv: - "Ukrayna feyki" dedi, ifşa olundu
"Rossiya 24" televiziyası Ukranadakı müharibə ilə bağlı təxribat xarakterli süjet hazırlayıb. Teref.az Ölkə.Az-a istinadla xəbər verir ki, televiziyanın efirində yayımlanan materialda iki nəfərin manikenlə görüntüsü təqdim olunub.

Kanal bu kadrları Ukraynada hazırlanan feyk görüntülər nümunəsi kimi təqdim edib və “manekeni cəsəd kimi qələmə verməyə çalışırlar” sözləri ilə şərh edib.

Bir qədər sonra isə məlum olun ki, həmin kadrlarda Rusiyada çəkilən bir serialın hazırlıq işləri əks olunub və “Ukrayna feykləri”nə heç bir aidiyyatı yoxdur.

Rejissor Nadejda Kolobayeva feysbukda görüntülərlə bağlı açıqlama paylaşıb:

“Bunu biz martın 20-də çəkmişik, pəncərədən yıxılmanı əks etdirir, tryuk quruluşçusu və assistent manekeni çəkilişə hazırlayırlar” - o yazıb.

VİDEO BURADA:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru