Mənzilə basqın edən şəxs ev sahibini kəsici alətlə VURDU

9-04-2022, 08:47           
Mənzilə basqın edən şəxs ev sahibini kəsici alətlə VURDU
Gəncədə evə basqın edən şəxs ev sahibinə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Həmin ünvanda olan mənzilə girən naməlum şəxs və ya şəxslər ev sahibi Rəşid Abbasovun baş nahiyəsinə kəsici alətlə xəsarətlər yetiriblər.

Daha sonra yaranan səs-küyə görə basqınçı və ya basqınçılar evdən qaçıblar. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru