Yük təyyarəsi təcili eniş zamanı yarıya bölündü - VİDEO

9-04-2022, 09:34           
Yük təyyarəsi təcili eniş zamanı yarıya bölündü - VİDEO
DHL aviaşirkətinin “Boeing 757” yük təyyarəsi Kosta-Rikada təcili eniş zamanı yarıya bölünüb.

Bildirilir ki, təyyarə havada ikən hidravlik sistemi sıradan çıxıb. Bu səbəbdən pilot paytaxt San-Xosedəki beynəlxalq hava limanında təcili eniş tələb edib. Eniş zamanı təyyarə sürüşüb, 180 dərəcə dönüb və yarıdan bölünüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki pilot təyyarənin qalıqları altından çıxa bilib.

Mənbə: Independent












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru