Bakıda Fransa vətəndaşları səsvermədə iştirak edir - Foto

10-04-2022, 10:50           
Bakıda Fransa vətəndaşları səsvermədə iştirak edir - Foto
Bakıdakı seçki məntəqəsi paytaxtdakı Fransa vətəndaşları üçün açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter hesabında bildirib.

“Səsvermə açıqdır! Bakıda fransız məktəbi”, - səfir Bakı Fransız liseyindən fotolar paylaşalaraq yazıb.

Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək. Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verməli olacaqlar.

Prezidentlik uğrunda siyasi yarışın ən gənc namizədinin 44 yaşı (Makron), ən qoca iştirakçısının 70 yaşı (Melenşon) var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru