“Rusların əsas hücumu buradan olacaq” - Qayday

10-04-2022, 17:53           
“Rusların əsas hücumu buradan olacaq” - Qayday
Düşmən qoşunlarının əsas hücum cəhdləri Luqansk vilayətinin Popasnaya, Rubejnoe və Severodonetsk istiqamətindən olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Hələlik ruslar texnika və canlı qüvvə toplayırlar. Amma təyyarələr, qumbaraatanlar, minaatanlar, “Qrad”, “Smerç”, “Uraqan” kimi reaktiv yaylım atəş sistemləri dayanmır. Ümumiyyətlə hər şeydən atırlar. İrimiqyaslı hücuma qədər hər yeri səhraya çevirmək istəyirlər ki, heç kim müqavimət göstərə bilməsin”, - Qayday bildirib.

Onun sözlərinə görə, Rusiya komandanlığı Donbasda hərbi əməliyyata başlamaq üçün 60 min hərbçi gətirib./Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru