Pakistan uzaq radiuslu ballistik raketin sınağını keçirib 11-04-2022, 06:33 Pakistan uzaq radiuslu «yer-yer» ballistik raketin («Shaheen-III») uğurlu sınağını keçirib.Bu barədə Müdafiə Nazirliyi ictimai əlaqələr İdarəsi aprelin 9-da xəbər verib.«Sınağın məqsədi silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin təkrar yoxlanması olub» - bəyanatda deyilir.«Shaheen-III» raketi nüvə və adi döyüş başlıqları daşımaq qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2750 kilometr təşkil edir.AzPolitika.info Facebook-da paylaş