Ruslar Mariupolda kimyəvi silahdan İSTİFADƏ ETDİLƏR

12-04-2022, 08:45           
Ruslar Mariupolda kimyəvi silahdan İSTİFADƏ ETDİLƏR
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Azov” alayı teleqramda xəbər verib.

Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.

Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı və digər əlamətlər var.

"Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılmaqla mənşəyi naməlum zəhərli maddədən istifadə edib", - “Azov”un xəbərində deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru