Yeddi oğlan şagirdini yoldan çıxaran müəllim həbsə düşdü

13-04-2022, 09:08           
Yeddi oğlan şagirdini yoldan çıxaran müəllim həbsə düşdü
ABŞ-da orta məktəb müəllimi şagirdlərini yoldan çıxardığı üçün həbsxanaya düşüb.

Bildirilir ki, 35 yaşlı Anessa Peyc Gauer Kaliforniyanın Riçmond şəhərindəki orta məktəbdə biologiya müəllimi olub.

Gauerin 15-16 yaşlarında olan ən azı yeddi oğlan şagirdinə qarşı əxlaqsız hərəkət etdiyi bildirilir.

Ümumilikdə, müəllim 29 maddə üzrə, o cümlədən yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, nalayiq toxunma və seksual məzmunun onlayn yayılması ilə ittiham olunub.

Gauer tətildən qayıtdıqdan sonra Sakramento hava limanında həbs edilib. Qadına 1,9 milyon ABŞ dolları məbləğində girov təyin edilib.

Mənbə: KPIX-TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru