Azərbaycan Gorus-Qafan yolunu bağladı - FOTOFAKT

13-04-2022, 12:13           
Azərbaycan Gorus-Qafan yolunu bağladı - FOTOFAKT
44 günlük müharibədən sonra dövlət sərhəddimizi bərpa edən Azərbaycan Ordusu həmin dönəmdə Qqafanla Gorusu birləşdirən 21 km uzunluğundakı yolun da təhlükəsizliyini təmin edib. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Şurnuxu kəndi yaxınlığından keçən həmin yolda Dövlət Gömrük Komitəsinin nəzarət-buraxılış məntəqəsi açılıb, Sərhəd Qoşunlarının qarovulu təmin edilib.

İki gün əvvəl isə Azərbaycan tərəfi həmin yolla hərəkəti tamamilə dayandırıb. JAMAZ.İNFO “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, iki gün əvvəldən etibarən Azərbaycan tərəfi Qafan-Gorus yolunun 21 km-lik nəzarətimizdə olan hissəsinə beton plitələr və tikanlı məftillər döşəyib. Bununla da İrandan İrəvana gedən yük maşınlarının hərəkəti tamamilə dayanıb. Onlar Tatev-Ağvan yolundan istifadə etmək məcburiyyətində qalıblar. Həmin yoldan isə iritonnajlı avtomobillərin istifadə etməsi mümkünsüzə çevrilib.

Azərbaycan tərəfinin sözügedən yolu hansı səbəbdən bağladığı barədə dəqiq məlumat yoxdur. Bəzi ehtimallara görə, Qafan-Gorus yolu bir müddətliyinə təmirə dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru