Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri Donetsk vilayətinin yaşayış məntəqələrindən birində rus ordusuna məxsus hərbi kolonu vurub. Yeniavaz.com xəbər verir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı öz “Facebook” səhifəsində məlumat verib. "Siz Donetsk vilayətində rus işğalçısısınız. Karvanınız yaşayış məntəqələrindən birinə daxil olur. Həmişə olduğu kimi, qəhrəmancasına "texnikanızı yaşayış binalarının arasında gizlətməyə çalışırsınız. Amma bir saniyə - və metal qırıntılarınız (BMP, Kamaz, Ural) cəhənnəmə gedir”, - məlumatda deyilir. Komandanlıq hərbi kolonun məhv edilməsinin videosunu da dərc edib.