Rus helikopterləri Ukrayna mövqelərinə hücum edib - VİDEO

14-04-2022, 11:50           
Rus helikopterləri Ukrayna mövqelərinə hücum edib - VİDEO
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibəyə dair daha bir video yayıb. AzVision.az xəbər verir ki, görüntülərdə Ka-52 helikopterlərinin həyata keçirdiyi döyüş tapşırığı əks olunub. Media üçün yayılan məlumatda deyilir ki, Ukrayna hərbçilərinin kamuflyajlı atəş mövqeyi məhv edilib.

"İki Ka-52 hücum helikopteri döyüş zamanı meşəlik ərazidə kamuflyaj edilmiş artilleriya batalyonunu aşkar edərək onların atəş mövqeyinə idarə olunmayan raketlərlə zərbə endirib. Bundan əlavə, idarə olunan raketlər Ukraynanın zirehli texnikasını da hədəfə alaraq zərbələr endirib", - məlumatada deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru