Cavanşir Feyziyev vəzifəsindən AZAD OLUNDU

15-04-2022, 12:07           
Cavanşir Feyziyev vəzifəsindən AZAD OLUNDU
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib.

Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev idi. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boş idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru