Rusiyalı piyada getmək istəmədiyi üçün maşın oğurlayıb

16-04-2022, 10:13           
Rusiyalı piyada getmək istəmədiyi üçün maşın oğurlayıb
Rusiyanın Voloqda şəhərində tənbəllik ucbatından avtomobilləri oğurlayan şəxs həbs edilib.

Belə ki, ötən gün həyətdən oğurlanan “VAZ-2107” markalı avtomobilin sahibi polisə şikayət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirərək şübhəlini saxlayıblar.

O, əməlini etiraf edib. Kişi bildirib ki, hadisədən öncə dostları ilə əylənib. Səhər isə evə piyada getmək istəmədiyi üçün “VAZ-2107” markalı avtomobili qaçırıb. Oğru yolda ikən qəzaya düşüb və maşını hadisə yerində qoyaraq çıxıb gedib.

Araşdırma zamanı məlum olub ki, vətəndaş daha iki analoji əməl törədib. Hər iki halda, o, piyada gəzmək istəmədiyi üçün bunu etdiyini söyləyib.

İndi avtomobil oğrusunu 5 ilə qədər həbs gözləyir.

Mənbə: “SeverInfo”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru