Filippində qasırğa nəticəsində ölənlərin sayı 167 nəfərə çatıb

17-04-2022, 09:26           
Filippində qasırğa nəticəsində ölənlərin sayı 167 nəfərə çatıb
Filippində “Megi” tropik qasırğasının yaratdığı sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 167-yə yüksəlib.

Ölkədə “Aqaton” adı ilə tanınan təbii fəlakət daha çox Visaya adalarına zərər vurub.

Son məlumatlara görə, Şərqi Visayada 151, Qərbi Visayada 11, Mərkəzi Visayada 2, Davaoda 3 nəfər həlak olub.

Təbii fəlakət zamanı itkin düşən 110 nəfərdən hələ də xəbər yoxdur.

Daşqın və sürüşmə nəticəsində 1,9 milyon insan təxliyə edilib.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, “Megi”nin kənd təsərrüfatı sektoruna vurduğu zərər 703 milyon Filippin pesosunu (13 milyon 480 min ABŞ dolları) keçib. Belə ki, fırtına səbəbiylə ən az 17 min hektar kənd təsərrüfatı sahəsi zərər görüb.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru