Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti yenidən formalaşdırılacaq - DETALLAR
18-04-2022, 10:05
Azərbaycan Mərkəzi Bankına yeni sədrin təyin edilməsinin ardınca qurumun İdarə Heyətinin (İH) yenidən formalaşdırılacağı gözlənilir.
Teref.az“Report”a istinadla xəbər verir ki, İH-nin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb.
Belə ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Quliyev sonuncu dəfə 2017–ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.