“Qazprombank”ın keçmiş vitse-prezidenti arvadı ilə uşağını öldürdü

19-04-2022, 08:08           
“Qazprombank”ın keçmiş vitse-prezidenti arvadı ilə uşağını öldürdü
“Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev, ilkin məlumata görə, həyat yoldaşı və uşağını yaşayış binasında qətlə yetirib.
“TASS” xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarından bildirilib.

İlkin versiyaya görə, Avayev həyat yoldaşını və qızını öldürərək intihar edib. Mənbədən bildirilib ki, hadisəyə səbəb məişət münaqişəsi ola bilər.

Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq Komitəsinin nümayəndəsi Yuliya İvanovanın “TASS” a verdiyi məlumata görə, meyitləri ailənin qohumu aşkar edib.

“İstintaq baş verənlərlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. Hazırda prioritet versiyaya görə, kişi arvadını və azyaşlı qızını qətlə yetirib, sonra isə özünü güllələyib”, – o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru