Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

19-04-2022, 11:48           
Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Göyçayda kütləvi zəhərlənmə olub.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.

Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru