Qəsbkar Rusiya hərbçilərinin iti də Ukrayna tərəfə keçdi...
20-04-2022, 11:04
Nikolayev vilayətində döyüş zamanı sağ qalan işğalçıların xidməti itini Ukrayna hərbçiləri götürüb.
Moderator.az "UNİAN"a istinadla xəbər verir ki, bu barədə 123-cü əlahiddə ərazi müdafiə briqadasından məlumat çatdırılıb.
"Bizim bölmələrimiz Rusiya kolonunu tamamilə məhv etdi. Üçrəngli və ikibaşlı toyuqlu(Rusiya bayrağı nəzərdə tutulur-S.L.) xaltası olan Rusiya qvardiyasının iti möcüzə nəticəsində sağ qalıb və keçmiş komandirinin qalıqlarını iylədikdən sonra kəndə gedib", - məlumatda deyilir.
Yerli sakinlər iti hərbçilərə təhvil veriblər. İndi o, Nikolayevdəki hərbi hissələrindən birinin kinoloji bölməsində xidmət edir.