"Google Maps"a söyüşlü məkanlar yazanlara XƏBƏRDARLIQ

20-04-2022, 12:12           
"Google Maps"a söyüşlü məkanlar yazanlara XƏBƏRDARLIQ
“Google Maps”də bəzən məkanların qeyri-etik sözlərlə ifadə edildiyinin şahidi olmuşuq.

Bəziləri qəsəbə və ya kəndlərdə, məsələn, “Ruslanın bərbərxanası”, “2 manatlıq dönər” kimi məntəqə adlarını xəritədə qeyd edirlər. Dia.az-ın məlumatına görə, “Google Maps” eksperti Elvin Hüseynov Lent.az-a bildirib ki, məkan kimi əlavə olunan qeyri-etik yazılar bundan sonra 24 saat sonra xəritədən silinəcək:

“Təbii ki, silinmə mərhələsinə xüsusi nəzarəti mən edəcəm. Xüsusilə vurğulamaq istərdim ki, Çilov adası ərazisində qeyri-etik adlara rast gəlmək mümkün olurdu. Bu şəxslərin aşkar olunub hüquq mühafizə orqanlarına şikayət olunmaları təmin olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru