Nazir əfsanəvi partizanın nəvəsi, şəhid Milli Qəhrəmanın oğluna yeni vəzifə verdi
20-04-2022, 11:43
Daxili işlər orqanında kadr dəyişikliyi olub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Xəzər Cəbrayılov Oğuz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub. Qeyd edək ki, o, İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçü, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun nəvəsidir. Oxu.az