Gürcüstanda Bakıda hazırlanan saxta sənəd aşkarlandı - Saxlanılan var

20-04-2022, 15:16           
Gürcüstanda Bakıda hazırlanan saxta sənəd aşkarlandı - Saxlanılan var
Gürcüstanda saxta sənədin hazırlanması və başqasının əmlakını dələduzluq yolu ilə ələ keçirməyə görə bir nəfər saxlanılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxs Dövlət Reyestri üzrə Milli Agentliyə Bakıda notariusdan əldə etdiyi saxta etibarnamə və alqı-satqıya dair müqavilə təqdim edib. Bu sənədlərin əsasında o, Tbilisinin Diğomi kəndində dəyəri 300 min laridən çox olan 991 kvadrat metr torpaq sahəsini öz adına qeydiyyata aldırıb.

Həmin torpaq sahəsi digər ölkənin vətəndaşının mülkiyyətində oub. Hazırda əmlaka həbs qoyulub.

İstintaq Xidməti cinayət əməlinin törədilməsində iştirak edən digər mümkün şəxslərin müəyyən olunması üzrə istintaq tədbirlərini davam etdirir.

İstintaq Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə aparılır. Bu cinayət əməlinə görə 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru