Məşhur tütün şirkəti Rusiyadakı biznesini yerli investorlara təhvil verib

21-04-2022, 10:29           
Məşhur tütün şirkəti Rusiyadakı biznesini yerli investorlara təhvil verib
Dünyanın dördüncü ən böyük tütün şirkəti olan “Imperial Tobacco” (“Imperial Brands”in tərkibinə daxildir) Rusiyadakı biznesini yerli investorlara təhvil verib və Rusiya rəhbərliyindən sövdələşmənin təsdiq etməsini gözləyir.

"Report" xəbər verir ki, bu barədə məlumat "Imperial Brands"in məlumatında qeyd olunub.

“Imperial Brands” bu gün yaxın gələcəkdə baş tutması gözlənilən sövdələşmənin yerli hakimiyyət orqanlarında qeydiyyatı başa çatması şərtilə Rusiyadakı biznesini ölkədə yerləşən investorlara təhvil verdiyini elan edir”, - açıqlamada bildirilib.

Həmçinin vurğulanıb ki, şirkət sövdələşmə üzrə təqribən 225 milyon funt sterlinq məbləğində nağdsız silinməni nəzərdə tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru