Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı - TƏFƏRRÜAT

21-04-2022, 11:15           
Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı - TƏFƏRRÜAT
Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov məlumat verib.

E.Qasımov deyib ki, sinif yoldaşını bıçaqlamaqda şübhəli bilinən məktəbli qızın yeri hadisədən 1 saat sonra müəyyən edilib:

DİN rəsmisinin sözlərinə görə, şagirdlər arasındakı münaqişə keçiriləcək tədbir səbəbindən olub:

"Belə ki, bıçaqlanılan qız məktəb tərəfindən keçirilən tədbirə qatılacaqmış. Sinif yoldaşı həmin tədbirə özünün gedəcəyini bildirərək, onu bıçaqlayıb".

E.Qasımov qeyd edib ki, daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində "Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib".

Məlumat üçün bildirək ki, xəstəxanaya yerləşdirilən məktəblinin vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, iki gün əvvəl Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib. Hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru