Belçikanın xarici işlər naziri ərinə görə vəzifəsindən getdi

22-04-2022, 09:48           
Belçikanın xarici işlər naziri ərinə görə vəzifəsindən getdi
Belçikanın xarici işlər naziri Sofi Vilmes beyin xərçəngi diaqnozu qoyulan ərinin səhhətindəki problemlərə görə nazirlik funksiyalarını qeyri-müəyyən müddətə dayandırdığını bildirib.

Nazir məlumatı bu gün səhər saatlarında hökumət üzvləri ilə iclasda dilə gətirib.

“Xəstəlik həyatımıza öz təsirini göstərdi, xüsusən də həyat yoldaşım Kristoferin... İndi o dünyada bu xəstəlikdən əziyyət çəkən kişilər, qadınlar və hətta uşaqlar kimi beyin xərçənginin aqressiv formasına qarşı mübarizə aparmalıdır”, - deyə Sofi Vilmes əlavə edib.

S.Vilmes təzminat almadan hazırkı nazir vəzifəsindən dərhal istefa vermək qərarını verdiyini də açıqlayıb.

Mənbə: RTBF telekanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru