Hindistanda bəyə sürpriz vəd edən gəlin onu boğazından bıçaqladı

22-04-2022, 11:13           
Hindistanda bəyə sürpriz vəd edən gəlin onu boğazından bıçaqladı
Hindistanın Andxra-Pradeş ştatının sakini gələcək ərini gizli görüşə dəvət edib və onu boğazından bıçaqlayıb.

Bildirilib ki, gənclər gələn ay toy etməli idilər. Ancaq Puşpa adlı qız valideynlərinin onun üçün seçdiyi Ramanı bəyənməyib. Gəlin ona sürpriz vəd edərək görüşə çağırıb. Görüş zamanı Puşpa özü ilə götürdüyü bıçaqla gəncin boyun-boğaz nahiyəsinə zərbə endirərək qaçıb.

Xoşbəxtlikdən gələcək bəyi xilas etmək mümkün olub. O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun ağır yaralandığını deyiblər.

Qıza gəlincə, polis onun cinayətkar keçmişinin olmadığını və əvvəllər məhkum olunmadığını qeyd edib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru