Rusiyalı iki oliqarx eyni gündə arvad-uşağını öldürüb İNTİHAR ETDİ

23-04-2022, 12:17           
Rusiyalı iki oliqarx eyni gündə arvad-uşağını öldürüb İNTİHAR ETDİ
Rusiyalı iki oliqarx eyni gündə ailə üzvlərini öldürərək, intihar edib. Teref.az lent.az-a istinadla bildirir ki, aprelin 20-i hadisə İspaniyada Girona şəhərində baş verib.

Məlumata görə, “Novatek” təbii qaz şirkətinin müdir müavini işləyən 55 yaşlı Sergey Protosenya yaşadığı evdə 53 yaşlı arvadı və 16 yaşlı qızını öldürüb. Bundan sonra o, özünə qəsd edərək həyatına son qoyub.

Digər hadisə isə eyni gündə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. “Qazprombank”ın keçmiş müdir müavini, Kremlin keçmiş administratoru Vladislav Avayev də evdə kiçik qızı və arvadını öldürərək intihar edib.

Hər iki faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru