Səudiyyə Ərəbistanında AĞIR QƏZA: 9 misirli və sudanlı zəvvar öldü

25-04-2022, 00:10           
Səudiyyə Ərəbistanında AĞIR QƏZA: 9 misirli və sudanlı zəvvar öldü
Səudiyyə Ərəbistanın Ciddə şəhəri yaxınlığında beş vermiş iki ağır yol qəzasında Ümrə ziyarətinə gedən 9 misirli və sudanlı zəvvar ölüb.

Publika.az Misir Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, zəvvarları daşıyan avtobuslar qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşub. Səudiyyə rəsmiləri yaralıların Ciddədəki klinikalara çatdırıldığını bildiriblər. Misirin Səudiyyə Ərəbistanındakı səfirliyi onların müalicəsini nəzarət altında saxlayır.

Misir XİN-in məlumatında qeyd edilib ki, həyatını itirən zəvvarların yaxınları onların Mədinədəki Əl-Bəqi qəbiristanlığında dəfn edilməsi barədə müraciət ediblər. Bu məzarlıqda Məhəmməd Peyğəmbərin yaxınları və əshabələri dəfn edildiyi üçün müsəlmanlar orada dəfn olunmağı şərəf sayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru