"Nasdaq" aprelin 29-dan etibarən Rusiya ilə əməkdaşlığı dayandıracaq
25-04-2022, 00:20
"Nasdaq" birjaları aprelin 29-dan etibarən Rusiyada fəaliyyətini dayandıracaq. "Report" xəbər verir ki, bu barədə "RBC Danimarka" məlumat yayıb.
“Nasdaq" məlumatlarına hər hansı aktiv mübadilə abunələri avtomatik ləğv ediləcək, aprelin 29-dan yeni abunələr mövcud olmayacaq", - məlumatda deyilir.
Rusiyada yaşayan müştərilər ABŞ və Avropadakı "Nasdaq" birjalarından bazar məlumatlarına çıxış əldə edə bilməyəcəklər.