Qazilər “YAŞAT” Fondu qarşısında aksiya keçirdi - ETİRAZ

25-04-2022, 12:04           
 Qazilər “YAŞAT” Fondu qarşısında aksiya keçirdi - ETİRAZ
Bir qrup Vətən müharibəsi qazisi “YAŞAT” Fondu qarşısında etiraz aksiyası keçirib.
Teref.az "Meydan TV"yə istinadla xəbər verir ki, aksiya iştirakçıları Türkiyədə mülaciə alan qazilərin Azərbaycana göndərilməsinə etiraz etdiklərini bildiriblər.
Aksiyaçılar qeyd edir ki, Türkiyədə olan qazilərin müalicələri yarımçıq saxlanılaraq Azərbaycana göndərilirlər.
Fondun rəsmisi aksiya iştirakçıların suallarını cavablandıraraq bildirib ki, qazilər mütəxəssislərin rəyi əsasında Türkiyəyə müalicəyə göndərilib və onların rəyi əsasında da geri qayıdacaqlar.
Qeyd edək ki, daha əvvəl Türkiyədə müalicə alan qazilərin şikayəti barədə və “YAŞAT” Fondundan bu şikayətlərə verilən reakisya barədə xəbər vermişik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru