FTX Solovyova sui-qəsdin QARŞISINI ALDI

25-04-2022, 17:28           
FTX Solovyova sui-qəsdin QARŞISINI ALDI
Rusiyalı təbliğatçı və jurnalist Solovyova sui-qəsdin qarşısı alınıb.
Teref KONKRET.az-a istinadla xəbər verir ki, FTX Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş neonasist terror təşkilatının Vladimir Solovyovun qətlini planlaşdıran bir qrup üzvünü saxlayıb.

Axtarışlar zamanı evdə hazırlanmış partlayıcı qurğu, 8 ədəd evdə hazırlanmış “Molotov kokteyli”, 6 “PM” tapançası, kəsilmiş ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, 1000-dən çox patron, narkotik vasitə, saxta Ukrayna pasportları, millətçi ədəbiyyat və əşyalar götürülüb.

Hazırda qrup üzvləri izahat verir. Onlar qətli törədəndən sonra sonra xaricdə gizlənməyi planlaşdırıblar.

Deyilənə görə, sifarişi guya Ukrayna tərəfi verib.
P.S Teref.az-ın əldə etdiyi məlumata görə, məlumatlı mənbələr bunu FSB-nin növbəti qaba provakasiyası adlandırılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru