ABŞ-ın İraqdakı hərbi bazasına hücum olub 26-04-2022, 08:12 ABŞ hərbçilərinin İraqın paytaxtı Bağdadın şimalında yerləşdiyi Taci hərbi bazasına minaatanlarla hücum edilib.Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.Bazanın yerləşdiyi əraziyə 2 minaatan mərmisinin düşüb. Hücumun Bağdadın Rəşidiyə rayonundan həyata keçirildiyi bildirilir.Hücum nəticəsində ölənlərin və ya xəsarət alanların olub-olmaması hələ məlum deyil. Facebook-da paylaş