İlon Mask "Twitter"i alıb

26-04-2022, 08:35           
İlon Mask "Twitter"i alıb
Mask təqribən 44 milyard dollar dəyərində sövdələşməyə imza atıb

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask "Twitter" sosial şəbəkəsini alıb.

Bu barədə AYNA xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, o, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi xəbəri təsdiqləyib. “Twitter, Inc.” bu gün elan etdi ki, tam mülkiyyətində olan İlon Mask şirkəti tərəfindən hər bir səhm üçün 54,2 dollara, təqribən 44 milyard dollar dəyərində sövdələşməyə imza atıb”, - sosial şəbəkənin xəbərində bildirilir.

Daha əvvəl İlon Mask "Twitter"in qərargahını evsizlər üçün sığınacağa çevirməyi təklif edib. Amerikalı milyarder şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru