Dnestryanıda növbəti partlayış: İki stansiya dağıdıldı
26-04-2022, 12:02
Dnestryanı bölgəsinin Qriqoripolski rayonunun Mayak qəsəbəsində səhər saatlarında iki partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Dnestryandakı qondarma qurumun “daxili işlər nazirliyi” məlumat yayıb.
Məlumata görə, partlayışlar nəticəsində meqavatlıq və yarımmeqavatlıq iki güclü antenna sıradan çıxıb. Hər iki antenna vasitəsilə Rusiya radioları yayımlanırdı.