Azərbaycanda qayınata gəlinin üzərinə “kislota” tökərək yandırdı - VİDEO

26-04-2022, 21:02           
Azərbaycanda qayınata gəlinin üzərinə “kislota” tökərək yandırdı - VİDEO
Qayınata gəlinin üzərinə kimyəvi maddə tökərək yandırıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişində şikayətçi olan qadın məlumat verib.
O bildirib ki, qızının qayınatası ailə münaqişəsi zəminində qızının üzərinə kimyəvi maddə töküb. Gəlinin yandığını görən qayınata onu evdən bayıra atıb. Hadisənin beş ay əvvəl baş verməsinə baxmayaraq, onlar polisə müraciət etməyiblər. İndi isə ağır vəziyyətdə olan gəlinə kömək edilməsi üçün yardım istəyirlər.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən “Report"a bildirilib ki, nazirlik əməkdaşları görüntülərdən məlumatlıdır:
“Həmin görüntüləri izlədik. Hazırda araşdırma aparılır”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru