Rusiya-Ukrayna dostluğunun simvolu dağıdıldı - VİDEO
27-04-2022, 11:15
Kiyevdə vaxtilə Ukrayna və Rusiya arasında dostluğu təmsil edən heykəl dağıdılıb. Yeniavaz.com xəbər verir ki, Ukrayna paytaxtının mərkəzindəki nəhəng abidənin sökülməsi əmri şəhərin meri Vitali Kliçko tərəfindən verilib. O bildirib ki, Rusiya milyonlarla ukraynalının normal həyatını məhv edib və Avropada sülhü pozub. Heykəlin sökülməsini izləmək üçün toplaşan izdiham proses tamamlanan zaman bunu alqışlarla qarşılayıblar.