Daha bir azərbaycanlı döyüşçü Ukraynada həlak olub – FOTO

28-04-2022, 08:03           
Daha bir azərbaycanlı döyüşçü Ukraynada həlak olub – FOTO
Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətində Konstantinovka uğrunda döyüşlərdə həlak olub.

Bu barədə Odessada yaşayan həmvətənimiz Anar Ağazadə öz “Facebook” profilində paylaşım edib.

O bildirib ki, Fuad bəyin atası istefada olan hərbi həkimdir.

“Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Ağası Hun Məmmədlinin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin”

Anar Ağazadə həm də Fuad Məmmədovun kiçik qardaşı Rasimin də hal-hazırda Ukraynanın ərazi bütövlüyü uğrunda doyüslərdə iştirak etdiyini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru