Buçada öldürülən “velosipedçi”nin ANASI danışdı: “Dedi ki, zirzəmidə oturmağı özünə sığışdırmır” - FOTO/VİDEO

28-04-2022, 09:38           
Buçada öldürülən “velosipedçi”nin ANASI danışdı: “Dedi ki, zirzəmidə oturmağı özünə sığışdırmır” - FOTO/VİDEO
“Dedi ki, işğalçılar torpağımızı zəbt etmək istəyərkən zirzəmidə oturmağı özünə sığışdırmır. Dedi ki, ürəyim parçalanır…”.

Bu sözləri Buçaya gedərkən yolda öldürülən və fotosu bütün dünyaya yayılan 58 yaşlı Mixail Romanyukun anası deyir. Romanyukun ailəsi hazırda Lutskda yaşayır.

“Hərbi komissarlığa hazırlaşdı və mənə hələ çox yaşayacağını deyərək sakitləşdirməyə çalışdı”, - deyə yaşlı qadın göz yaşları içində oğlunun həyatının son günündən danışıb.


Qeyd edək ki, 58 yaşlı kişi ərazi müdafiəsinə yazılmaq və Ukraynanı işğalçılardan qorumaq üçün velosipedlə hərbi komisarlığa gedərkən güllələnmişdi. Onun meyiti şəhər Ukrayna ordusu tərəfindən azad edilənə qədər küçədə qalmışdı.


Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru