Keçmiş rəhbərindən intiqam almaq istəyərkən özünü yandırdı

28-04-2022, 10:08           
Keçmiş rəhbərindən intiqam almaq istəyərkən özünü yandırdı
Hindistanın Maharaştra ştatından olan şəxs onu işdən çıxarmış keçmiş rəhbərindən intiqam almaq istəyərkən ölüb.

Hadisə aprelin 25-də baş verib. Atelyedə çalışan 35 yaşlı işçi işdən qovulmasını əsassız hesab edib. İntiqam almaq məqsədi ilə həmin gecə keçmiş rəhbərinə hücum edən şəxs onu yandırmaq istəyib. Lakin alov öz üzərinə sıçrayıb.

Hadisənin şahidi olan insanlar köməyə gəliblər. Bu zaman onlardan biri də ağır yanıq xəsarətləri alıb.

Nəticədə hadisəni törədən şəxs ölüb. Onun intiqam almaq istədiyi keçmiş rəhbəri və köməyə gələn yerli sakin xəstəxanaya çatdırılıblar. Onların hər ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Mənbə: India Today












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru